Milli Meşə Agentliyinin əməkdaşları sentyabrda 37 qanun pozuntusu faktını aşkarlayıblar

13:49, 08.10.2025

 

Milli Meşə Agentliyinin əməkdaşları cari ilin sentyabrında 37 qanun pozuntusu faktını aşkarlayıblar. Bu barədə məlumatı Milli Meşə Agentliyi yayır.

Agentliyin məlumatına əsasən, aşkar edilmiş qanun pozuntularından 37 fakt ağac-meşə materiallarının qanunsuz əldə edilməsi və daşınması ilə bağlıdır.

“Qanunsuz yolla əldə edilmiş müxtəlif növ 116 kubmetrə qədər ağac-meşə materialı müsadirə olunaraq agentliyin “fəaliyyət həyətləri”nə yerləşdirilib.

Ölkə miqyasında ağac-meşə materiallarının qanunsuz əldə edilməsi ilə bağlı aşkar edilmiş 37 faktdan 2-si İmeretinin Meşə Xidmətinin əməkdaşları tərəfindən, 8-i Samtsxe-Cavaxeti, 8-i Quria, 12-si Kvemo Kartli, 5-i Kaxeti və 2-si isə Şida Kartlinin Meşə Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə ölkə miqyasında ağac-meşə materiallarının qanunsuz əldə edilməsi ilə bağlı 455 fakt aşkar edilib; “fəaliyyət həyətləri”nə yerləşdirilən ehtiyatların həcmi 1209 kubmetr təşkil edib.

Milli Meşə Agentliyinin əməkdaşları tərəfindən 2025-ci ilin yanvar ayından bu günə qədər ölkə miqyasında Dövlət Meşə Fondunun özbaşına zəbt edilməsinin 54 faktı aşkar edilib” – Milli Meşə Agentliyinin yaydığı məlumatda deyilir.

Oxşar