Milli Meşə Agentliyinin əməkdaşları cari ilin oktyabr ayında 57 qanun pozuntusu faktını aşkar ediblər
Milli Meşə Agentliyinin əməkdaşları cari ilin oktyabr ayında 57 qanun pozuntusu faktını aşkar ediblər. Bu haqda məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.
Onların məlumatına əsasən, agentlik tərəfindən aşkar edilən qanun pozuntularından 55 fakt taxta-şalbanın qanunsuz əldə edilməsi və daşınması ilə bağlıdır. Ümumilikdə, 150 kubmetrədək qanunsuz əldə edilmiş müxtəlif növ taxta-şalban götürülüb və agentliyin “işgüzar həyətləri”nə yığılıb.
“Ölkə miqyasında taxta-şalbanın qanunsuz əldə edilməsi faktlarından 16 qanun pozuntusu İmeretinin Meşə Xidmətinin əməkdaşları tərəfindən, 4-ü Samtsxe-Cavaxeti, 9-u Quria, 11-i -Kvemo Kartli, 5-i Kaxeti, 6-sı Msxeta-Mtianeti, 3-ü Sameqrelo-Zemo Svaneti və biri isə Şida Kartlinin Meşə Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib. Eyni dövrdə Sameqrelo Zemo-Svaneti və Kvemo Kartli bölgələrində dövlət meşəsinin özbaşına zəbt edilməsi ilə bağlı iki fakt aşkar edilib. Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Milli Meşə Agentliyinin əməkdaşları tərəfindən ümumilikdə ölkə miqyasında taxta-şalbanın qanunsuz əldə edilməsi və daşınması ilə bağlı 510 fakt aşkar edilib; “İşgüzar həyətlər”ə yerləşdirilən ehtiyatların həcmi 1350 kubmetr təşkil edib.
Eyni dövrdə Milli Meşə Agentliyinin əməkdaşları tərəfindən ölkə miqyasında dövlət meşə fondunun özbaşına zəbt edilməsi ilə bağlı 56 fakt aşkar edilib” – bu haqda Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunub.