Milli Meşə Agentliyinin əməkdaşları avqust ayında 54 qanun pozuntusu aşkarlayıb
Milli Meşə Agentliyinin əməkdaşları avqust ayında 54 qanun pozuntusu aşkarlayıb

Milli Meşə Agentliyinin əməkdaşları avqust ayında ümumilikdə 54 qanun pozuntusu faktını aşkarlayıblar.

Qanun pozuntularından 46 fakt qeyri-qanuni ağac tədarükü və daşınması ilə bağlıdır. Qanunsuz yolla əldə olunmuş müxtəlif növ 158 kubmetrə qədər ağac müsadirə olunaraq agentliyin “işgüzar həyətyanı sahələrində” saxlanılıb.

Ölkə üzrə qeydə alınan 46 qanunsuz ağac tədarükü faktından 1-i İmereti, 7-si Samtsxe-Cavaxeti, 13-ü Quriya, 7-si Kvemo Kartli, 10-u Kaxeti, 1-i Mtsxeta-Mtianeti, 5-i Şida Kartli və 2-si Riça-Leçxumi-Kvemo Svaneti meşə xidmətlərinin əməkdaşları tərəfindən aşkar olunub.

Həmçinin, avqust ayında dövlət meşə fondunun özbaşına zəbt edilməsinin 8 faktı müəyyən edilib; bunlardan 1-i Samtsxe-Cavaxetidə, 1-i Kvemo Kartlidə, 5-i Şida Kartlidə, 1-i isə Riça-Leçxumi-Kvemo Svaneti meşə xidmətlərinin əməkdaşları tərəfindən aşkarlanıb.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkə üzrə ümumilikdə 418 qeyri-qanuni ağac tədarükü və daşınması faktı aşkar edilib; “işgüzar həyətyanı sahələrində” saxlanılan resursun həcmi 1093 kubmetr təşkil edib.

Milli Meşə Agentliyinin əməkdaşları tərəfindən 2025-ci ilin yanvarından bu günədək ölkə üzrə dövlət meşə fondunun özbaşına zəbt edilməsinin 54 faktı aşkarlanıb.

Məlumatı Milli Meşə Agentliyi yayıb.