Milli Meşə Agentliyinin əməkdaşları aprel ayında ağacların qanunsuz kəsilməsi və daşınması ilə bağlı 72 fakt aşkarlayıblar
Milli Meşə Agentliyinin əməkdaşları aprel ayında ağacların qanunsuz kəsilməsi və daşınması ilə bağlı 72 fakt aşkarlayıblar

Milli Meşə Agentliyinin əməkdaşları cari ilin aprel ayında ağacların qanunsuz kəsilməsi və daşınması ilə bağlı 72 fakt aşkarlayıblar.
Agentliyin məlumatına görə, ümumilikdə müxtəlif növ yanacaq və tikinti məqsədli 76 kubmetrə qədər qanunsuz əldə olunmuş ağac materialı müsadirə edilib və “iş sahələri” adlanan meşə təsərrüfatı anbarlarında yerləşdirilib.
Qanunsuzluq halları ölkənin müxtəlif regionlarında qeydə alınıb: İmereti – 13, Samtsxe-Cavaxeti – 4, Raça-Leçxumi və Aşağı Svaneti – 4, Kvemo Kartli – 20, Kaxeti – 15, Mtsxeta-Mtianeti – 2, Quriya – 9, Sameqrelo-Zemo Svaneti – 1 və Şida Kartli – 4 fakt.
Qeyd olunur ki, aşkar edilən hüquqpozmalardan 9-u cinayət tərkibli hesab edilib və materiallar sonrakı araşdırma üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Ümumilikdə isə yanvar–aprel dövründə ölkə üzrə 263 qanunsuz meşə kəsimi faktı qeydə alınıb.