Milli Meşə Agentliyi tez-tez baş verən meşə yanğınları ilə bağlı bəyanat yayır, sakinləri meşədə hərəkət edərkən ehtiyatlı olmağa çağırır
Milli Meşə Agentliyi tez-tez baş verən meşə yanğınları ilə bağlı bəyanat yayır, sakinləri meşədə hərəkət edərkən ehtiyatlı olmağa çağırır

 

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Agentliyinin məlumatına əsasən, Gürcüstanda meşə yanğınlarının bir neçə ocağı qeydə alınır.

Agentlik sakinləri meşədə hərəkət edərkən son dərəcə ehtiyatlı olmağa çağırır.

“Statistikaya əsasən, meşədə yanğının əsas səbəbi insan səhlənkarlığıdır. Kvemo Kartli, Mtsxeta-Mtianeti, Raca-Leçxumi-Kvemo Svaneti, İmereti və Samtsxe-Cavaxeti bölgələrində meşə yanğınlarının bir neçə ocağı qeydə alınır. Yanğın meşə örtüyünün aşağı təbəqəsində – kolluqda yayılıb. Yanğın ocaqları demək olar ki, bütün bölgələrdə lokallaşdırılıb və ləğvetmə işləri aparılır. Fövqəladə Halların İdarəolunması Xidməti ilə birlikdə, Milli Meşə Agentliyinin və Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları işlərə cəlb olunub. Qeyd etmək lazımdır ki, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, meşədə yanğının baş verməsi və ya müəyyən əraziyə yayılması
ilə nəticələnən meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulması, eləcə də od vurmağa və ya odla ehtiyatsız davranılmasına görə meşənin məhv edilməsi və ya ona zərər vurulması cərimələnmə ilə nəticələnəcək. Qanun pozuntularının qarşısının alınması, aşkar edilməsi və prevensiyası məqsədilə, ölkə miqyasında 24 saat fasiləsiz patrul xidməti ilə eyni zamanda, nazirliyin qaynar xəttində (153) qeydə alınan hər bir bildirişə dərhal reaksiya verilir” – Milli Meşə Agentliyinin bəyanatında deyilir.