Milli imtahanlar 2020-ci ildən üç fındə keçiriləcək, ümumi bacarıqlar məcburi olmayacaq
2020-ci ildən milli imtahanlar dördün əvəzində, üç fəndə məcburi olacaq.
Gürcü dili, ədəbiyyat və xarici dil imtahanı məcburi olacaq.
Üçüncü məcburi imtahan ali məktəbin proqramına müvafiq olaraq müəyyənləşdiriləcək. Şagirdlər texniki istiqamət üzrə riyaziyyat, humanitar istiqamət üzrə isə, tarix imtahanını verməli olacaqlar.
Ümumi bacarıqlar üzrə imtahanlar məcburi olmayacaq.
Məktəblərdə buraxılış imtahanları 2020-ci ildən götürüləcək, – bu barədə Milli İmtahanlar Mərkəzinin rəhbəri, Sopo Qorqadze bəyan etdi. Onun dediyinə görə, əsas dəyişikliklər 2020-ci ildən işə düşəcək. Ona qədər isə, 2019-cu ildə, buraxılış imtahanları aradan götürüləcək. Nazirlikdə bəyan etdiklərinə görə, qeyd olunan dəyişikliklər, təhsil sistemində məktəbin rolunun gücləndirilməsinə xidmət edir.