Milli İmtahan Mərkəzi imtahan iştirakçıları üçün ərizələrin qəbuluna başlayıb

11:55, 07.08.2024

Milli Qiymətləndirmə və İmtahan Mərkəzi vahid milli imtahan iştirakçıları üçün ərizələrin qəbuluna başlayıb.

Mərkəzin yaydığı məlumatda bildirilir ki, apellyasiya şikayətləri avqustun 7-dən avqustun 9-dək qəbul olunacaq.

“Vahid milli imtahan iştirakçılarının avqustun 7-si saat 10:00-dan avqustun 9-u saat 18:00-dək Milli Qiymətləndirmə və İmtahan Mərkəzinə müraciət etmək imkanı var.

Müraciətlər https://online2.naec.ge/uee-appeals/login.aspx saytında yalnız elektron qaydada qəbul edilir”, – deyə məlumatda bildirilir.

Oxşar