Milli İcra Bürosunun məlumatına əsasən, Tvalcrelidze küçəsində yaşayış binasında köçürmə prosesi başa çatıb
Milli İcra Bürosu Tvalcrelidze küçəsində yerləşən yaşayış binasında köçürmə prosesini başa çatdırıb.
Bu barədə Milli İcra Bürosunun bəyanatında qeyd olunub.
“Milli İcra Bürosu məhkəmə qərarının icrası üçün cari icra prosesini başa çatdırıb.
İş 2024-cü ilin iyunun 11-də Milli İcra Bürosuna ötürülüb və bir il ərzində icra polisləri və sosial işçilərin iştirakı ilə ünvanda yaşayan bütün şəxslərin sosial statusu və ehtiyaclarının müəyyən edilməsi fərdi qaydada həyata keçirildi.
Onlarla ziyarət nəticəsində ünvanda 39 ailənin daimi yaşadığı müəyyən edilib. Onlardan məcburi köçkün və sosial cəhətdən həssas statusuna malik şəxslərə Tbilisi Meriyası və İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi tərəfindən yardım təklifləri edilib. Köçürmə prosesi başladıqdan sonra iki dəfə təxirə salınıb, bununla da tərəflərə razılaşma və işi könüllü şəkildə yekunlaşdırmaq üçün əlavə vaxt verilib. Məhz bu kommunikasiyanın nəticəsində kreditor ünvanda qanunsuz yaşayan şəxslərə birdəfəlik təzminat və ya kirayə mənzillə təminat təklif edib, sakinlərin əksər hissəsi bu gün bununla razılaşıb. Milli İcra Bürosunun təşəbbüsü ilə iş prosesində sakinlərə psixoloji və emosional dəstək göstərilib və prosesə hazırlanma işi aparılıb.
Köçürmə prosesinin nəyi əhatə etməsi və məhkəmə qərarının könüllü şəkildə yerinə yetirilməməsinin hansı mənfi nəticələri ola biləcəyi ətraflı şəkildə izah olunub. Həmçinin, qeyd olunan bina-tikililərin yaşamaq üçün təhlükəli olması faktı xüsusilə vurğulanıb. Daşıyıcı divarlar titrəyirdi, orada aparılan özbaşına təmir işləri bunu daha da təhlükəli edirdi.
İşə Samxarauli ekspertizasının bina-tikililərin son dərəcə ağır vəziyyətini təsdiq edən rəyi daxildir” – Milli İcra Bürosunun bəyanatında qeyd olunub.