"Milli Hərəkatın" üzvü, Giorgi Kirtadze - Qriqol Vaşadzenin bəyanatını oxumamışam, strategiya dəyişmir, ədalətli seçkilər üçün mübarizəni davam etdiririk
"Milli Hərəkatın" üzvü, Giorgi Kirtadze - Qriqol Vaşadzenin bəyanatını oxumamışam, strategiya dəyişmir, ədalətli seçkilər üçün mübarizəni davam etdiririk

“Milli Hərəkatın” üzvü, Giorgi Kirtadzenin bəyan etdiyinə görə, Qriqol Vaşadzenin bəyanatını hələ oxumayıb, lakin qeyd edir ki, aksiyanın dayandırılmasını və planın dəyişdirilməsini planlaşdırmırlar.

“Bəyanatı oxumamışam, yalnız deyə bilərəm ki, strategiya dəyişmir, ədalətli seçkilər üçün mübarizəni davam etdiririk və bunu sonuna kimi aparacağıq”, – Giorgi Kirtadze bəyan etdi.

Yayılan bəyanatda Qriqol Vaşadze partiyaları prosesi danışıqlar masasına keçirməyə və dərin dövlət böhranından çıxış üçün, bütün vasitələrdən istifadə etməyə çağırdı.