"Milli Hərəkat"ın məlumatına əsasən, Tina Bokuçava, Petre Tsiskarişvili və Levan Sanikidze Böyük Britaniyada Lordlar Palatasının üzvləri ilə görüşüblər
"Milli Hərəkat"ın məlumatına əsasən, Tina Bokuçava, Petre Tsiskarişvili və Levan Sanikidze Böyük Britaniyada Lordlar Palatasının üzvləri ilə görüşüblər

 

“Milli Hərəkat”ın sədri Tina Bokuçava, partiyanın baş katibi Petre Tsiskarişvili və partiyanın lideri Levan Sanikidze Böyük Britaniyada Lordlar Palatasının üzvləri Lord Corc Folk və Lord Ceyms Tuiqlə görüşüblər. Məlumatı “Milli Hərəkat”ın mətbuat xidməti yayır.

Mətbuat xidmətinin məlumatına əsasən, “Milli Hərəkat”ın nümayəndə heyəti – Tina Bokuçava, Petre Tsiskarişvili və Levan Sanikidze Böyük Britaniyada rəsmi səfərdədirlər, burada Lordlar və İcmalar Palatasının üzvləri ilə yüksək səviyyəli görüşlər keçirirlər.

“Görüş zamanı “Milli Hərəkat”ın nümayəndə heyəti İvanişvili rejiminin cilovlanması strategiyasını müzakirə edib. Həmçinin, sanksiyalardan, Gürcüstanı və gürcü xalqını bütün perspektivlərdən məhrum edən İvanişvili və onun ətrafına qarşı sanksiyaların tətbiqinin nə qədər vacib olduğu barədə danışıblar” – məlumatda qeyd olunub.