“Milli Hərəkatın” Marneuli rayon təşkilatının sədri bəyan edir ki, təşkilatın üzvləri yerli özünüidarəetmə seçkilərində iştirak etməyəcəklər

13:39, 07.08.2021

“Milli Hərəkatın” Marneuli rayon təşkilatının sədri, Aqil Mustafayev bəyan edir ki, təşkilatın üzvləri yerli özünüidarəetmə seçkilərində iştirak etməyəcəklər.

Bununla yanaşı, Mustafayevin qeyd etdiyinə görə, rayon təşkilatının üzvləri partiyada qalırlar.

“Bizim üçün çox çətin qərardır. Belə bir qərar qəbul etdik, “Milli Hərəkatın” Marneuli rayon təşkilatının sədri bəyan edir ki, təşkilatın üzvləri yerli özünüidarəetmə seçkilərində iştirak etməyəcəklər. Səbəb isə, odur ki, son zamanlar partiyanın bölgə ofisi və bölgə rəhbərliyi tərəfindən biza qarşı bir neçə dəfə səhv buraxılmışdır. Bizlə razılaşdırılmadan bir neçə qərar qəbul olundu. Partiyamızı tərk etmirik, bizim üçün dünən də və bu gün də siyasi lider Mixeil Saakaşvilidr və belə də olacaq. Ondan münasibətin bildirilməsini gözləyirik”, – Aqil Mustafayev bəyan etdi.

 

Oxşar