"Milli Hərəkatın" hakimiyyətdə olduğu dövrü zərəçəkənlər Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsi qarşısında Saakaşviliyə qarşı etiraz aksiyası keçirəcəklər
“Milli Hərəkatın” hakimiyyətdə olduğu dövrü zərəçəkənlər və onların ailə üzvləri, saat 14:00-da Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsi qarşısında Saakaşviliyə qarşı etiraz aksiyası keçirəcəklər.
Onların bəyan etdiyinə görə, aksiyanın məqsədi ictimaiyyətə keçmiş hakimiyyət rejiminin hərəkətlərini xatırlatmaqdır.
Respublika Meydanın zərərçəkənlərin dediyinə görə, Mixeil Saakaşvili siyasi məhbus deyil cinayətkardır.
“Heç bir təqdirdə yol verməyəcəyik ki, Saakaşvili siyasi məhbus kimi qələmə alınsın. O, ciddi cinayətkardır. Ölkədə baş verən bədbəxtlikdə cinayətkardır. Bu günə kimi ölkəyə inkişaf, tərəqqi imkanını vermirlər və daim dartışmadayıq. İndi burada bizim kimi bədbəxt olan ailələrin kiçik hissəsidir. İstəyirik, xatırlayaq və xatırladaq, nə qədər günahsız insanı torpağa tapşırdılar”, – aksiya iştirakçılarından biri, İa Metreveli bəyan etdi.