"Milli Hərəkatın" fəalları bəyan edirlər ki, saat 21:00-dan məhdudiyyətləri nümayişkaranə pozacaqlar
"Milli Hərəkatın" fəalları bəyan edirlər ki, saat 21:00-dan məhdudiyyətləri nümayişkaranə pozacaqlar

Bu gün, saat 21:00-dan Rustaveli prospektində etiraz yürüşü keçiriləcək. Bu barədə hökumət admninistrasiyası qarşısında keçirilən aksiyada “Milli Hərəkatın” tərəfdarı, Ruska Mçedlidze bəyan etdi.

Onun dediyinə görə, bu forma ilə vətəndaşlar komendant saatına etiraz edəcəklər.

Mçedlişvilinin dediyinə görə, bu gün saat 21:00-dan saat 05:00-a qədər onlar Rustaveli prospektində məhdudiyyətləri nümayişkaranə pozacaqlar və prospektdə gəzinəcəklər.