"Milli Hərəkat"da Levan Varşalomidze üçün vəkil tutulduğunu, Gürcüstan Xarici İşlər Nazirliyi və Ukrayna tərəfinin məsələyə qarışdığını bildirirlər
"Milli Hərəkat"da Levan Varşalomidze üçün vəkil tutulduğunu, Gürcüstan Xarici İşlər Nazirliyi və Ukrayna tərəfinin məsələyə qarışdığını bildirirlər

 
Levan Varşalomidze üçün vəkil tutulub, Gürcüstan Xarici İşlər Nazirliyi məsələyə qarışıb və nazir də məsələ haqda məlumata malikdir – bu haqda “Vahid Milli Hərəkat”ın üzvü Levan Antadze bildirib.

O bildirib ki, Ukrayna tərəfi də ən yüksək səviyyədə Varşalomidzenin məsələsinə qarışıb.

“Bizdə olan məlumata görə, Levan Varşalomidzeni Rusiya Federasiyasının tələbi ilə Qazaxıstanda uçuş vaxtı saxlayıblar. Ukraynaya siyasi və məsləhət yardımı göstərdiyinə görə Rusiyada Levana qarşı cinayət işi açılıb. Onun üçün vəkil tutulub, Gürcüstan Xarici İşlər Nazirliyi məsələyə qarışıb və məndə olan məlumata görə, nazir də məsələ haqda məlumata malikdir. Həmçinin, Ukrayna tərəfi də ən yüksək səviyyədə məsələyə qarışıb. Levanın ən qısa zamanda azadlığa buraxılmasını gözləyirik. Vəkillə heç bir ünsiyyətim olmayıb, amma bilirəm ki, vəkil məsələyə qarışıb, o, kifayət qədər yaxşı vəkildir. Biz ümid edirik ki, yaxın zamanda, belə deyək, insident Gürcüstan və Qazaxıstan münasibətlərində sona çatacaq” – Levan Antadze bildirib.