"Milli Hərəkat" Zviad Kupravanın saxlanılması ilə əlaqədar bəyanat yayır
“Vahid Milli Hərəkat” Zviad Kupravanın saxlanılması ilə əlaqədar bəyanat yayır.
“Xain cinayətkarların rus dəstəsi siyasi əlamətə görə repressiyaları davam etdirir.
Bu gün onlar “Vahid Milli Hərəkat”ın Tbilisi Şəhər Məclisindəki fraksiyasının üzvü Zviad Kupravanı saxlayıblar.
İvanişvilinin hakimiyyəti üçün bütün qırmızı xəttlər silinib. Onlar hakimiyyətə gəldikləri gündən söz və ifadə azadlığını tanımırlar, konstitusyon hüquqları məhdudlaşdırır və vətəndaşlarımızı siyasi bəyanatlara görə həbsə atırlar.
4 oktyabrın yaxınlaşması İvanişvilinin dəstəsinin qorxusunu daha da kəskinləşdirib, bu səbəbdən qalan günlərdə hakimiyyət tərəfindən təşkil edilmiş təxribatlara uymamağımız vacibdir.
Oktyabrın 4-də gürcü xalqı Rusiyanın marionet hakimiyyətinə öz sözünü dinc şəkildə, qanuni və konstitusyon yolla deyəcəyi Rustaveli prospektinə toplaşacaq.
Bütün bunlara bir dəfəlik və əbədi olaraq çox yaxında son qoyulacaq, bütün siyasi məhbuslar azad ediləcək və biz vahid, güclü, azad, müstəqil, Avropalı, ləyaqətli Gürcüstanın quruculuğuna qayıdacağıq!” – bəyanatda qeyd olunub.
Dövlət Təhlükəsizliyi Xidməti Tbilisi Şəhər Məclisinin “Milli Hərəkat”dan olan deputatı Zviad Kupravanı saxlayıb. DTX-nın bəyanatına əsasən, Kupravanın saxlanılması onun tərəfindən seçkilərin pozulması ilə bağlı yayılmış videomüraciətlə bağlıdır.