"Milli Hərəkat" və "Strategiya Ağmaşenebeli" nümayəndələri Samqorinin 6-cı Dairə Seçki Komissiyasının qərarına etiraz edirlər
"Milli Hərəkat" və "Strategiya Ağmaşenebeli" nümayəndələri Samqorinin 6-cı Dairə Seçki Komissiyasının qərarına etiraz edirlər

Samqorinin 6-cı Sairə Seçki Komissiyasının binası qarşısına “Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” nümayəndələri toplaşıblar. Dairə Seçki Komissiyası qarşısına “Milli Hərəkatın” nümayəndələri, o cümlədən Levan Xabeişvili və “Strategiya Ağmaşenebelinin” gənclər hərəkatının üzvləri getdilər.

Onlar Dairə Seçki Komissiyasının qərarına etiraz edirlər və onlar tərəfindən daxil edilən şikayətin təmin edilməsini tələb edirlər.

Paralel olaraq, Dairə Seçki Komissiyasında şikayətlərin müzakirəsi aparılır. Azə öncə komissiyanın iclasını “Milli Hərəkatdan” olan komissiyanın üzvü tərk etdi. Onun bəyan etdiyinə görə, komissiya şikayətləri real olaraq müzakirə etmir və komissiya üzvlərinə yalnız açıqlama yazdırırlar.

“Milli Hərəkatın” üzvlərinin bəyan etdiyinə görə, onlar gözləmirlər ki, iclasda onların hansısa şikayətinin təmin edilməsi baş verəcək.

Onların məlumatına görə, komissiya iclasında bu vaxt üçün “Avropa Gürcüstanından” olan komissiya üzvü və həmçinin, müşahidəçilər, QHT nümayəndələri iştiraka edirlər.