“Milli Hərəkat” və “Avropa Gürcüstanı” MSK-ya özünüidarəetmə seçkilərində iştirak etmək üçün ərizə daxil etdilər

15:41, 04.08.2021

“Milli Hərəkat” partiyasının üzvü, Giorgi Xvedeliani və “Avropa Gürcüstanı” partiyasının üzvü, Giorgi Noniaşvili MSK-ya özünüidarəetmə seçkilərində iştirak etmək üçün ərizə daxil etdilər.

“Rəsmi olaraq, “Milli Hərəkat” MSK-ya seçkilərdə qeydiyyat ilə bağlı müraciət etdi. Biz bu önəmli seçkilərdə iştirak edirik hansı da referendumdur onunla bağlı ki, həyat necə davam etməlidir, bu zoraklıq, korrupsiya, yoxsulluq, ədalətsizlik və bir dəfəlik “Gürcü Arzusunu”, uzurpasiya hakimiyyətini dəyişməlik və inkişaf yoluna durmalıyıq. Biz ciddi mübarizəyə daxil oluruq və əminik ki, bu mübarizədə qələbə qazanacağıq”, – Giorgi Xvedeliani bəyan etdi.

Giorgi Noniaşvilinin bəyan etdiyinə görə, bu seçkilər azadlıq uğrunda mübarizədir.

“Avropa Gürcüstanı” MSK-ya seçkilərdə qeydiyyat ilə bağlı müraciət etdi. Bu seçkilər yalnəz yerli özünüidarəetmə seçkiləri deyil, bu seçkilər azadlıq uğrunda mübarizədir, bu ölkənin Avropa gələcəyi üçündür və onun üçündür ki, sivil aləmin hissəsi olaq və bu tarixi şansı əlimizdən buraxmayaq. “Avropa Gürcüstanı” partiyasının əsas çağırışı bu hakimiyyəti məğlub etməkdir”, – Noniaşvili bəyan etdi.

 

Oxşar