"Milli Hərəkat" - Ümidsiz rejimin repressiyalarına baxmayaraq, cəmiyyəti ortaq milli məqsədlərə nail olmaq üçün dinc mübarizəni davam etdirməyə çağırırıq
“Milli Hərəkat” Levan Xabeişvilinin saxlanılması ilə bağlı bəyanat yayır.
Partiyanın bəyanatında qeyd edildiyi kimi, “Xabeişvilinin saxlanılması Gürcüstan qanunvericiliyinin kobud şəkildə pozulması ilə baş verib, ona vəkil tərəfindən müdafiə olunmaq kimi konstitusion hüququndan istifadə etmək imkanı verilmədi”.
“Bu gün satqın cinayətkar rus dəstəsi “Vahid Milli Hərəkat”ın lideri və Siyasi Şuranın sədri Levan Xabeişvilini cəfəng ittihamla qanunsuz olaraq saxladı.
Rejimin bu hərəkəti gürcü xalqının Gürcüstanda 13 ildir aparılan satqın, rus siyasətinə görə layiq olduqları qəzəbinə tuş gəlmək qorxusu ilə şərtlənir.
Rejimin məqsədi bəllidir – onlar cəmiyyətdə qorxu səpmək və yeni repressiya dalğası yaratmaq istəyirlər. Məqsədləri Putinin şəxsi əsiri və rejimin siyasi məhbusu Mixeil Saakaşvilinin liderliyi ilə fəaliyyət göstərən “Vahid Milli Hərəkat”ın, eləcə də bütün vətənpərvər gürcü cəmiyyətinin bu xəyanətkar rejimə qarşı aparılan və məqsədi Gürcüstanı Rusiyanın beşinci kolonunun idarəçiliyindən azad etmək və yenidən NATO və Avropa İttifaqına üzv olmaq, eləcə də Gürcüstanın sülh yolu ilə birləşdirilməsi yoluna qoymaq olan dinc və barışmaz mübarizədən əl çəkməsidir.
Levan Xabeişvilinin saxlanılması Gürcüstan qanunvericiliyinin kobud şəkildə pozulması ilə baş verib, ona vəkil tərəfindən müdafiə olunmaq kimi konstitusion hüququndan istifadə etmək imkanı verilmədi.
Rejimin qorxusu xüsusilə 4 oktyabr rus xüsusi əməliyyatına qarşı gürcü xalqının prinsipial rəddinə görə gücləndi. Levan Xabeyişvili buna daim diqqət çəkirdi və vətəndaşları rus xüsusi əməliyyatının məntəqələrinə getmək əvəzinə, Tbilisidə, Rustaveli prospektində toplaşmağa və birlikdə Gürcüstanın azadlığı uğrunda mübarizəyə çağırırdı.
“Vahid Milli Hərəkat” ümidsiz rejimin repressiyalarına baxmayaraq, cəmiyyəti ortaq milli məqsədlərə nail olmaq üçün dinc mübarizəni davam etdirməyə çağırırıq” – partiya tərəfindən yayılmış bəyanatda qeyd olunub.