"Milli Hərəkat" Tina Bokuçavanın Radoslav Sikorski ilə görüşməsi haqqında məlumat verir
"Milli Hərəkat" Tina Bokuçavanın Radoslav Sikorski ilə görüşməsi haqqında məlumat verir

 

“Milli Hərəkat”ın sədri Tina Bokuçava partiyanın liderləri Zurab Ciaberaşvili və Qiorqi Baramidze ilə birlikdə Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb. Bu barədə məlumatı partiyanın mətbuat xidməti yayır.

Bokuçavanın görüşdən sonra qeyd etdiyi kimi, Polşa Xarici İşlər Nazirliyinin rəhbəri ilə iki prinsipial məsələ haqqında danışıblar.

“Biz Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşü bu dəqiqələrdə bitirdik. Biz iki prinsipial məsələ haqqında danışdıq. Biri – bu, vizasız gediş-gəlişin dayandırılması təhlükəsidir, Gürcüstan vətəndaşları üçün bu təhlükəni necə dəf etməliyik? və eyni zamanda, rejimin üzvlərinin – İvanişvili və onun ətrafının Avropa İttifaqına üzv heç bir dövlətə vizasız gediş-gəliş imkanının artıq olmamasıdır. İkinci prinsipial və fundamental məsələ Polşanın böyük dostu olan və belə qalan prezident Mixeil Saakaşvilinin azad olunmasıdır. Gürcüstanın Avropaya inteqrasiyasında onun da çox böyük rolu olub. Radoslav Sikorski “Veymar üçbucağı”nın xarici işlər nazirlərindən biri olaraq Almaniya və Fransa ilə birlikdə əsas fiqurdur və vizasız gediş-gəlişlə bağlı yekun qərarın qəbul olunmasında həlledici rol oynayacaq, bu da bütün Gürcüstan vətəndaşlarını narahat edir. Avropa İttifaqının Gürcüstan vətəndaşına sanksiya tətbiq edilmədiyi və İvanişviliyə, onun rejiminə sanksiya tətbiq ediləcəyi mexanizm tapması son dərəcə vacibdir, bu isə mümkündür. Bunun üzərində işi davam etdirməliyik” – Tina Bokuçava bildirib.