“Milli Hərəkat” Tbilisi merliyinə namizəd olaraq Nika Meliyanı, Sakrebulo sədrliyinə namizəd olaraq Elene Xoştariyanı, vitse-merliyə namizəd olaraq Zurab Caparidzeni adlandırdı

21:43, 23.07.2021

Gürcü xalqının qələbəsi, sizin qələbənizin vaxtı gəldi. Bəli, Tbilisi referendumda ön xəttədir, onunla da Gürcüstanı qaytarmalıyıq, – bu barədə “Milli Hərəkatın” sədri, Nika Meliya təqdimatda bəyan etdi. Elə onun dediyinə görə, Tbilisi merliyiə namizəd özü olacaq.

Bununla yanaşı, Elene Xoştariyanı Sakrebulo sədrliyinə namizəd olaraq, vitse-merliyə namizəd olaraq isə, Zurab Caparidzeni adlandırdı.

“Bu gün daha da artıq başa düşürəm ədalətsizlik nə deməkdir. Bu gün, heç bir zaman olmadığı kimi, inanıram ki, Gürcüstanın hər bir vətəndaşını ədalətsizlikdən müdafiə edə biləcəyik. Gürcü xalqının qələbəsi, sizin qələbənizin vaxtı gəldi. Bəli, Tbilisi referendumda ön xəttədir, onunla da Gürcüstanı qaytarmalıyıq. Referendumda hər bir vətəndaş oliqarxa, korrupsiyaya, dələduzluğa və qeyri-peşəkarlığa yox deməlidir. Tbilisinin qələbəsi Gürcüstanın qələbəsidir və Gürcüstanın qələbəsi Tbilisinin qələbəsidir. Vaxt gəldi ki, Tbilisi meri küçələrdə başı uca gəzsin və yüksək səslə deyə bilsin ki, Tbilisiyə xidmət edirəm, siyasətdən artıq olan Tbilisiyə. Tbilisi mənim üçün siyasətdən artıqdır”, – Nika Meliya bəyan etdi.

 

Oxşar