“Milli Hərəkat” Mixeil Saakaşvilinin əfv olunması tələbi ilə aksiya keçirdi
“Milli Hərəkatın” tərəfdarları Gürcüstanın keçmiş prezidenti, Mixeil Saakaşvilinin əfv olunması tələbi ilə prezident igamətgahı qarşısında aksiya keçirdilər.
Aksiya iştirakçılarının bəyan etdiyinə görə, Salome Zurabişvilinin imkan var, mövcud gərginlik fonunu barış siyasəti ilə əvəz etsin. Aksiya iştirakçılarına bir neçə çıxış edən nitqlə müraciət etdi.
“Milli Hərəkatın” üzvü, Giorgi Baramidzenin qeyd etdiyinə görə, bu gün hər şeyi Bidzina İvanişvili və DTX həll edir.
“Salome Zurabişviliyə qarşı mənim heç bir tələbim yoxdur. O, bu ölkədə heç nəyə qərar vermir. Eləcə də Murusidze-Çinçaladzenin məhkəməsi, Bidzina İvanişvili qərar verir, onun DTX-si və bu rejim qərar verir. Zurabişvilyə, məhkəməyə nə əmr etsələr onu da edəcəklər”, – Bramidze bəyan etdi.
Bununla yanaşı, “Milli Hərəkatın” üzvü, Zaal Udumaşvilinin bəyan etdiyinə görə, əgər Zurabişili dövlətçilik baxımından dərk edirsə, Saakaşvilinin azad edilməsi berketi onun əlindədir və bundan istifadə etməlidir.
“Mixeil Saakaşvilinin azad edilməsi açarı onların əlindədir. Bu istər Salome Zurabişvili olsun, istər başqa hüquqi forma olsun, bunun bizim üçün böyük əhəmiyyəti yzoxdur, bizim əsas məqsədimiz, Mixel Saakaşvilinin azad olunmasıdır. Berketlərdən biri Salome Zurabişvilinin əlindədir. Əgər Zurabişili dövlətçilik baxımından dərk edirsə, Saakaşvilinin azad edilməsi berketi onun əlindədir və bundan istifadə etməlidir”, – Udumaşvili bəyan etdi.