“Milli Hərəkat” Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə Riğe Parkında aksiya keçirir [şəkil]

18:17, 01.10.2026

 

“Milli Hərəkat” Riğe Parkının ərazisində aksiya keçirir.

Aksiya iştirakçılarının bəyan etdiyi üzrə, onların tələbi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılmasıdır.

Riğe Parkına toplaşanlar “Mixeil Saakaşviliyə azadlıq”, “Cənab Tramp, gürcü xalqı Dostluq Aktını tələb edir” yazılmış pankartlar qaldırıblar.

Aksiya iştirakçılarında həmçinin Levan Xabeişvili, Murtaz Zodelava, İrakli Nadiradze, Zviad Kuprava və Qiorqi Baramidzenin şəkilləri var.

Aksiya iştirakçıları Gürcüstanın himnini ifa ediblər, hazırda isə çıxışlar edilir.

Oxşar