Milli Qida Agentliyi uşağın ehtimal ki, sudan zəhərlənməsi ilə əlaqədar araşdırmaya başlayıb
Milli Qida Agentliyi uşağın ehtimal ki, sudan zəhərlənməsi ilə əlaqədar araşdırmaya başlayıb

 

Milli Qida Agentliyi uşağın ehtimal ki, sudan zəhərlənməsi ilə əlaqədar araşdırmaya başlayıb. Bu haqda məlumatı Milli Qida Agentliyi yayır.

Agentliyin məlumatına əsasən, dövlət nəzarəti çərçivəsində sudan nümunələr götürülüb və onun laboratoriya tədqiqatının nəticələri ictimailəşdiriləcək.

“Milli Qida Agentliyinə uşağın ehtimal ki, sudan – “Bakuriani Tsida”dan zəhərlənməsi haqda məlumat daxil olub. Məlumatı alan kimi Milli Qida Agentliyi araşdırmaya başlayıb. Agentliyin müfəttişləri qablaşdırma müəssisəsində bütün texnoloji dövrü əhatə edən plandankənar təftiş aparırlar. Eyni zamanda, dövlət nəzarəti çərçivəsində sudan nümunələr götürülüb və onun laboratoriya tədqiqatının nəticələri anındaca ictimailəşdiriləcək” – Milli Qida Agentliyi tərəfindən yayılmış məlumatda deyilir.

Bununla yanaşı “IDS Borjomi” şirkəti “Bakuriani Tsida” ilə bağlı sosial şəbəkədə yayılan məlumatla əlaqədar bəyanat yayıb.

“Sosial şəbəkədə məlumat yayıldı ki, azyaşlı uşaq “Bakuriani Tsida”nın butulkasından maye içdikdən sonra xəstəxanaya yerləşdiriləsi olub. Nəzərinizə çatdırırıq ki, şirkətin dərhal reaksiyası nəticəsində konkret mağazada (bizdə olan məlumata görə, məhsul buradan alınıb) nümunələr yoxlanılıb və pozuntu aşkar edilməyib. Paralel rejimdə, hazırda şəbəkədə olan bütün partiyaların nümunələrini yoxlamışıq və bu nümunələrdə pozuntu aşkar edilmədiyini təsdiq edirik. Həmçinin, istehsal prosesinin tam texnoloji dövrü yoxlanılıb, bu da məhsula hər hansı yad maddələrin daxil olma ehtimalını aradan qaldırır” – “IDS Borjomi”nin bəyanatında deyilir.