Milli Qida Agentliyi Tbilisidə 9 ictimai iaşə obyektində istehsal prosesini dayandırıb
Milli Qida Agentliyi Tbilisidə 9 ictimai iaşə obyektində istehsal prosesini dayandırıb

Milli Qida Agentliyinin məlumatına görə, Tbilisi Departamentinin inspektorları paytaxtdakı ictimai iaşə obyektlərini yoxlayıblar.

Agentliyin bildiridiyinə görə, dövlət nəzarəti çərçivəsində 20-dən çox obyekt yoxlanılıb. Onlardan 9-da kritik uyğunsuzluqlar aşkar olunub, nəticədə biznes operatorları cərimələnib və istehsal prosesi dayandırılıb.

Kritik uyğunsuzluqlar aşkar olunan obyektlər:

  • MMC “Kosmo Ink”, brend adı Fire Wok (ünvan: Tbilisi, Dadiani 20);

  • Sahibkar H.S. (ünvan: Guli Çoxonelidze küçəsi 16);

  • MMC “Miao Jia” (ünvan: Tabukashvili küçəsi 6);

  • MMC “Iomi 1977” (ünvan: Gamrekeli 3);

  • Sahibkar D.K., sürətli yemək obyektində brend adı Evil Wok (ünvan: Tbilisi, Digomi massivi, III kvartal, 35-ci korpus);

  • MMC “R N A Enterprise” (ünvan: Sh. Nucubidze 2);

  • MMC “Al Madina Cave” (ünvan: Tetelashvili küçəsi 2);

  • MMC “Yoko Asia” (kafe-bar restoran; ünvan: Çavçavadze küçəsi 19);

  • MMC “Flem Catering Management”, Çin restoranı “Bambu” (ünvan: Tbilisi, Budapeşt 32).

Kontrol nəticəsində kritik uyğunsuzluqlardan əlavə, etiketləmə qaydalarının pozulması, iqtisadi fəaliyyətlər reyestrində qeydiyyatsızlıq və agentlik tərəfindən verilmiş müvafiq icazələr olmadan fəaliyyət, istifadə müddəti bitmiş ərzaq və məhsulların izlənmə qaydalarının pozulması faktları aşkar edilib. Bu pozuntulara görə biznes operatorları qanunvericiliyə uyğun cərimələnib və tövsiyələr verilib.

Milli Qida Agentliyi ölkə üzrə dövlət nəzarətini gündəlik həyata keçirir. Aşkarlanan pozuntular barədə məlumat dərhal ictimaiyyətə çatdırılır.