Milli Qida Agentliyi - Martvili Munisipalitetində sahibi olan itdə quduzluq xəstəliyi təsdiqlənib, yerində karantin elan edilib və quduzluğun aradan qaldırılması tədbirlərinə başlanılıb
Milli Qida Agentliyi - Martvili Munisipalitetində sahibi olan itdə quduzluq xəstəliyi təsdiqlənib, yerində karantin elan edilib və quduzluğun aradan qaldırılması tədbirlərinə başlanılıb

 

Martvili Munisipalitetində sahibi olan itdə quduzluq xəstəliyi təsdiqlənib, yerində karantin elan edilib və quduzluğun aradan qaldırılması tədbirlərinə başlanılıb. Bu barədə məlumatı Milli Qida Agentliyi yayır.

Qurumun məlumatına əsasən, xəstəliyə həssas heyvanların peyvəndlənməsinə, dezinfeksiya işlərinə, heyvanların hərəkətinin məhdudlaşdırılmasına, sahibsiz və quduzluğa həssas heyvanların sağlamlığına nəzarət tədbirlərinə başlanılıb.

“Martvili Munisipalitetinin Nacaxavo kəndində quduzluğa yoluxma hadisəsi qeydə alınıb. Ailə tərəfindən anası bir neçə ay bundan əvvəl himayəyə götürülmüş 2 aylıq it balası sahibini dişləyib. Milli Qida Agentliyi məlumatı aldıqdan dərhal sonra patoloji materialı diaqnostika üçün laboratoriyaya göndərib. Laboratoriya tədqiqatı ilə quduzluq təsdiqlənib. Qeyd olunan faktla əlaqədar ərazidə karantin elan edilib və quduzluğun aradan qaldırılması tədbirlərinə – xəstəliyə həssas heyvanların peyvəndlənməsinə, dezinfeksiya işlərinə, heyvanların hərəkətinin məhdudlaşdırılmasına, sahibsiz və quduzluğa həssas heyvanların sağlamlığına nəzarət tədbirlərinə başlanılıb.

Cari ildə, bütün ölkə miqyasında quduzluğa 5 yoluxma hadisəsi aşkar edilib. Milli Qida Agentliyi hər il quduzluğa qarşı pulsuz profilaktik peyvəndləmə aparır və 300 minə qədər ev heyvanını (it/pişik) peyvənd edir.

Agentlik əhalini heyvanların quduzluğuna yoluxmamaq və öz həyatlarına təhlükə yaratmamaq üçün ev heyvanlarını (it, pişik) vaxtında peyvənd etməyə çağırır; Həmçinin, sahibsiz/sahibi olan heyvanların (it, pişik) populyasiyasının idarəolunması üzrə pilot proqrama qarşı çıxan heyvanları mühafizə təşkilatlarını əsassız ittihamlardan çəkinməyə və layihəni dəstəkləməklə heyvanlara sevgilərini ifadə etməyə çağırır, çünki quduzluğa nəzarət üzrə beynəlxalq təcrübə və tədqiqatlar yekdilliklə göstərir ki, sahibsiz və sahibi olan itlərin populyasiyasına nəzarət və onların peyvəndlənməsi xəstəliyin yayılmasının azalmasında və aradan qaldırılmasında mühüm rol oynayır.

Gürcüstan hökumətinin qərarı (N 1019, 2025-ci ilin 26 iyun) ilə Milli Qida Agentliyi Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə koordinasiyada sahibsiz/sahibi olan heyvanların (it, pişik) populyasiyasının idarəolunması üzrə pilot proqrama başlayıb. Proqram sahibsiz/sahibi olan heyvanların identifikasiyası-qeydiyyatı, kastrasiya-sterilizasiyası, quduzluğa qarşı peyvənd edilməsi və diaqnostik testdən keçirilməsini nəzərdə tutur.

Qeyd olunan tədbirlər heyvan populyasiyasının idarəolunmasına, onların sağlamlığına nəzarətə, quduzluq və digər xəstəliklərin qarşısının alınmasına, eyni zamanda insanların mühafizəsi və təhlükəsizliyinə kömək edəcək.

Proqram birinci mərhələdə Acara, İmereti və Kaxeti bölgələrini əhatə edir və yerli özünüidarəetmələrin iştirakı ilə həyata keçirilir. Proqram çərçivəsində 9000 sahibsiz/sahibi olan heyvanın küçələrdən götürülməsi, müvafiq manipulyasiyaların həyata keçirilməsi üçün yerli özünüidarəetmələr tərəfindən təyin edilmiş sığınacağa aparılması və sonra ətraf mühitə qaytarılması müəyyən edilib. Bu günə olan vəziyyət görə 2000-dən çox sahibsiz/sahibi olan it kastrasiya/sterilizasiya edilib və quduzluq əleyhinə peyvənd vurulub. Pilot proqramı ilə nəzərdə tutulan tədbirlər davam edir” – Milli Qida Agentliyi tərəfindən yayılmış məlumatda deyilir.