Milli Qida Agentliyi Kvemo Kartlidə qeyri-qanuni pendir istehsalı müəssisələri aşkarlayıb
Milli Qida Agentliyi Kvemo Kartlidə qeyri-qanuni pendir istehsalı müəssisələri aşkarlayıb

Milli Qida Agentliyinin Kvemo Kartli departamentinin müfəttişləri regionda pendir istehsalı ilə məşğul olan dörd qeyri-qanuni müəssisə müəyyən ediblər.

“Fərdi sahibkar G.B. (ünvan: Rustavi şəhəri, Mşenebelta küçəsi ərazisi) iqtisadi fəaliyyətlərin reyestrində qeydiyyatdan keçmədən və agentliyin məcburi tanınması olmadan fəaliyyət göstərib. Eyni zamanda, obyektdə sanitariya-gigiyena normalarının pozulması və ciddi uyğunsuzluqlar aşkarlanıb.

Həmçinin agentliyin məcburi tanınması olmadan (xam südün termiki emalı) ‘Cheese Line’ MMC (VÖEN 426520883, ünvan: Qardabani, Teleti kəndi), eləcə də fərdi sahibkarlar A.S. (Qardabani, Teleti kəndi) və Z.M. (Qardabani, Teleti kəndi) fəaliyyət göstəriblər. Biznes operatorları cərimələnib və istehsal prosesi dayandırılıb”, – deyə Milli Qida Agentliyinin məlumatında bildirilir.

Milli Qida Agentliyi biznes operatorlarını bir daha məcburi tanınma üçün vaxtında agentliyə müraciət etməyə çağırır.

“Tanınınma — qeydiyyatdan keçmiş biznes operatorunun fəaliyyətinin Gürcüstan qanunvericiliyində müəyyən edilmiş tələblərə uyğunluğunun təsdiqidir. Fəaliyyəti heyvan mənşəli qida məhsullarının istehsalı (ilkin istehsal istisna olmaqla) və/və ya emalı ilə bağlı olan biznes operatoru fəaliyyətə başlamazdan əvvəl Milli Qida Agentliyinə müraciət etməlidir. Əgər fəaliyyət qanunla müəyyən edilmiş tələblərə tam cavab verirsə, biznes operatoruna müddətsiz tanınma verilir.

Tanınınma üzrə bələdçi, aidiyyəti iqtisadi fəaliyyətlər və prosedurlar agentliyin rəsmi internet səhifəsində yerləşdirilib”, – deyə məlumatda qeyd olunur.