Milli Ətraf Mühit Agentliyi – Yayda orta temperatur bir qədər yüksək olacaq, bəzi dövrlərdə temperaturun +39, +42 dərəcəyə qədər yüksəlməsi mümkündür

18:37, 08.07.2026

 

Gürcüstanda yay ərzində orta temperatur bir qədər yüksək olacaq, yağıntı isə normadan az və ya norma daxilində olacaq – bu barədə Milli Ətraf Mühit Agentliyinin İqlim İdarəsinin şöbə müdiri Xatuna Kokosadze bildirib.

Onun sözlərinə əsasən, yayda, ayrı-ayrı dövrlərdə havanın temperaturunun düzənlik və aran rayonlarında +39, +42 dərəcəyə, dağlıq zonalarda +37, +40 dərəcəyə, yüksək dağlıq zonalarda isə +33, +37 dərəcəyə qədər yüksəlməsi mümkündür.

“Yay mövsümü ərzində bu fəsil üçün xarakterik olan quraqlıq və isti dalğaları kimi təbiət hadisələri baş verə bilər, bəzi dövrlərdə güclü yağıntı da mümkündür” — Milli Ətraf Mühit Agentliyinin İqlim İdarəsinin şöbə müdiri bildirib.

Oxşar