Milli Ətraf Mühit Agentliyi – Tarixi göstəricilərlə müqayisədə Batumi stansiyasına 24 saat ərzində düşən yağıntının miqdarı sentyabr ayı üçün misilsizdir və 100 ildən bir təkrarlanan yağıntı kateqoriyasına daxildir
Sentyabrın 19-da sutka ərzində sentyabrın 20-si səhər saatlarınadək Acaranın sahil zolağında və ətraf ərazilərdə güclü yağıntı qeydə alınıb, nəticədə Batuminin ayrı-ayrı məhəllələrində küçələr su altında qalıb və şəhər infrastrukturu müvəqqəti olaraq həddindən artıq yüklənib – bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.
Agentliyin məlumatına əsasən, tarixi göstəricilərlə müqayisədə Batumi stansiyasına 24 saat ərzində düşən yağıntının miqdarı sentyabr ayı üçün misilsizdir və 100 ildən bir təkrarlanan yağıntı kateqoriyasına daxildir.
“Milli Ətraf Mühit Agentliyinin meteoroloji müşahidələrinə əsasən, region çərçivəsində ən yüksək yağıntı göstəricisi Batumi şəhərində qeydə alınıb, burada 21 saat ərzində fasiləsiz yağış yağırdı və 19-20 sentyabr tarixlərində düşən yağıntının ümumi miqdarı 275 mm təşkil edib, bu da aylıq iqlim normasının 90%-dən çoxdur. Bununla yanaşı, bir saat ərzində (19.09.21:00-19.09.22:00) bu miqdarın 20%-i (52.5 mm) düşüb. Tarixi göstəricilərlə müqayisədə Batumi stansiyasına 24 saat ərzində düşən yağıntının miqdarı (273 mm) sentyabr ayı üçün misilsizdir və 100 ildən bir təkrarlanan yağıntı kateqoriyasına daxildir.
Həmçinin, agentliyin meteoroloji stansiyalarının göstəricilərinə əsasən, 19-20 sentyabr tarixlərində yağıntının miqdarı Kobuleti stansiyasında 134.5 mm, Koxi (Kobuleti) stansiyasında 58.5 mm, Mtirala Milli Parkında 93 mm, Sindieti (Xelvaçauri) stansiyasında isə 50.8 mm təşkil edib.
Milli Ətraf Mühit Agentliyi hidrometeoroloji şəraitin fasiləsiz monitorinqini davam etdirir. Gözlənilən hava şəraiti və hidrometeoroloji təhlükələr haqqında məlumat və xəbərdarlıqlarla Milli Ətraf Mühit Agentliyinin erkən xəbərdarlıq mobil platformasında tanış olmaq mümkündür” — Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.