Milli Ətraf Mühit Agentliyi hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edir.
Agentliyin məlumatına əsasən, dağlıq rayonlarda duman və çovğun, dənizdə isə fırtına gözlənilir.
“Dekabrın 31-i günün ikinci yarısından yanvarın 3-nə qədər Gürcüstanda yenidən bəzi yerlərdə güclü, əsasən qar şəklində vaxtaşırı yağıntı gözlənilir. Külək güclənə, dağlıq rayonlarda – duman, çovğun, yollar buz bağlaya və qar uçqunu təhlükəsi ola bilər. Yanvarın 1-2-də dənizdə 3-4 bal gücündə fırtına ola bilər. Güclü qar, çovğun, görünüş məsafəsinin pisləşməsi, yolların buz bağlaması və qar uçqunu təhlükəsinə görə avtomobil yollarının müəyyən hissələrində ola bilsin, nəqliyyatın hərəkəti məhdudlaşdırılsın.
Gözlənilən yağıntı ola bilsin çaylarda suyun səviyyəsinin artmasına, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi) – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.