Milli Ətraf Mühit Agentliyi - Gürcüstan ərazisində havada bərk hissəciklərin artması müşahidə olunur, bu isə cənub-şərqdən səhra toz kütlələrinin az miqdarda yayılması ilə əlaqədardır
Milli Ətraf Mühit Agentliyi - Gürcüstan ərazisində havada bərk hissəciklərin artması müşahidə olunur, bu isə cənub-şərqdən səhra toz kütlələrinin az miqdarda yayılması ilə əlaqədardır

 

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, iyunun 12-dən Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) tərkibinin artması müşahidə olunur, bu isə cənub və cənub-şərqdən səhra toz kütlələrinin az miqdarda yayılması ilə əlaqədardır.

Onların verdiyi məlumata əsasən, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin fasiləsiz monitorinqini davam etdirir.

“Maraqlanan istənilən şəxs havanın keyfiyyətinin vəziyyəti haqda məlumatla tanış olmaq və eləcə də atmosfer havasının keyfiyyəti portalında air.gov.ge-də “Tövsiyələr” bölməsində sağlamlıqla bağlı tövsiyələr almaq imkanına malikdir” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.