Milli Ətraf Mühit Agentliyi – bu günədək aparılmış laboratoriya tədqiqatlarının nəticələrinə əsasən, Qara dəniz suyunun keyfiyyəti Gürcüstan sahillərinin bütün perimetri boyunca norma çərçivəsindədir
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, bu günədək aparılmış laboratoriya tədqiqatlarının nəticələrinə əsasən, Qara dəniz suyunun keyfiyyəti Gürcüstan sahillərinin bütün perimetri boyunca norma çərçivəsindədir.
Agentliyin məlumatında qeyd olunur ki, qurum monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətində işləri fəal şəkildə davam etdirir.
“Milli Ətraf Mühit Agentliyi Qara dəniz suyunun keyfiyyətinin monitorinqini fasiləsiz rejimdə, hər ay 12 nöqtədə həyata keçirir.
Qara dənizdən götürülən nümunələr analiz üçün Milli Ətraf Mühit Agentliyinin atmosfer havası, su və torpaq analizləri üzrə akkreditasiya olunmuş laboratoriyasına göndərilir. Laboratoriya yüksək dəqiqlikli cihazlarla təchiz olunub və müasir standartlara tam cavab verir.
Tədqiqatlar hidrobioloji və kimyəvi göstəriciləri, o cümlədən 13 növ ağır metalı, neft mənşəli ümumi karbohidrogenləri, 16 növ poliaromatik karbohidrogeni, eləcə də digər fiziki-kimyəvi göstəricilərin konsentrasiyasını müəyyənləşdirir.
Agentlik tərəfindən bu günədək aparılmış laboratoriya tədqiqatlarının nəticələrinə əsasən, Qara dəniz suyunun keyfiyyəti Gürcüstan sahillərinin bütün perimetri boyunca norma çərçivəsindədir.
Qeyd etmək lazımdır ki, Milli Ətraf Mühit Agentliyi Avropa İttifaqının Dəniz Strategiyası Çərçivə Direktivinə uyğun olaraq, monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətində işləri fəal şəkildə davam etdirir. Milli Ətraf Mühit Agentliyi tərəfindən aparılan laboratoriya tədqiqatlarının nəticələri agentliyin internet səhifəsində dərc olunur”, – deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında bildirilib.