Milli Botanika Bağında yasəmənlərin çiçəklənmə günləri başlayıb
Milli Botanika Bağında yasəmənlərin çiçəklənmə günləri başlayıb

Gürcüstan Milli Botanika Bağında yasəmənlərin çiçəklənmə günləri açılıb.

Botanika bağının yasəmən kolleksiya sahəsi 700-ə yaxın nümunəni, 113 sortu və 10-a yaxın növü əhatə edir.

Bağda yerləşən tarixi yasəmən kolleksiya sahəsi Gürcüstanda ən böyük yasəmən kolleksiyası hesab olunur. 1970-ci ildə yaradılan və 2019-cu ildə yenilənən bu unikal kolleksiya ölkənin botanika irsini və uzun illərin tədqiqatı ilə qulluq nəticələrini əks etdirir. Yasəmənlərin müxtəlifliyi, ətri və yaz rəngləri bağı həm yerli ziyarətçilər, həm də turistlər üçün xüsusilə cəlbedici edir.

Yasəmən kolleksiya sahəsi bağın mərkəzi girişindən təxminən bir kilometr məsafədə yerləşir. Ziyarətçilər ərazidə xüsusi göstəricilər vasitəsilə siringariuma yönləndiriləcəklər.

Milli Botanika Bağı yasəmənlərin çiçəklənməsini izləmək istəyən qonaqları may ayının ortalarınadək qəbul edəcək.

Məlumatı Tbilisi meriyası yayıb.