Gürcüstanın Milli Bankının yeddi əməkdaşında koronavirus təsdiqləndi. Onlar hazırda izolyasiyadadırlar.
Bu haqda məlumatı Milli Bank yayır.
“Bir həftə bundan əvvəl, bank işçilərinin birində koronavirus qeydə alındı. Onunla ünsiyyətdə olan bank əməkdaşları isə, öztəcriddə idilər. Daha sonra keçirilən yoxlanış nəticəsində, məlum oldu ki, Milli Bankın öztəcriddə olan yeddi əməkdaşı koronavirusa yoluxub. Onlar müalicədən keçirlər və hazırda vəziyyətləri stabildir.
Xəstələnən şəxslər Bankın bir strukturunun əməkdaşlarıdırlar və son iki həftə ərzində, digərlərindən məsafədə işləyirdilər. Bankın digər əməkdaşları ilə, onlar ünsiyyətdə olmayıblar.
Bank binasında isə, hazırda dezinfeksiya işləri aparılır” – deyilir Milli Bankın bəyanatında.