Milli Bank yenidən maliyyələşdirmə dərəcəsini 7,25 faizədək artırdı
Milli Bank yenidən maliyyələşdirmə dərəcəsini 7,25 faizədək artırdı

Gürcüstan Milli Bankının Pul-Kredit Siyasəti Komitəsi yenidən maliyyələşdirmə dərəcəsini 25 baza maddəsi ilə, 7.25 faizədək artırdı.

Gürcüstan Milli Bankının məlumatına görə, inflyasiya göstəricisi 2018-ci ilin başlanğıcından, müvəqqəti faktorların sona çıxması ilə birlikdə, azalmağa başlayacaq.

Milli Bankın məlumatında qeyd olunduğu kimi, komitənin əvvəlki iclasından sonra, nominal effektiv məzənnə kursu əhəmiyyətli dərəcədə azaldı. Bu isə inflasiyaya təsir göstərdi.

Bundan əlavə, son iki ayda aparılan bazar tədqiqatı göstəriciləri inflyasiya gözləntilərinin artmasına işarə edir.

Gürcüstan Milli Bankı gələcəkdə də cari iqtisadi prossesləri və maliyyə bazarlarını müşahidə edəcək və qiymətlərin sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcəkdir.

Pul-Kredit Siyasəti Komitəsinin növbəti iclası 2018-ci il yanvarın 31-də keçiriləcək.