Milli Bank - Yanvarla müqayisədə, fevralda bank sektoruna yerləşdirilən əmənətlərin həcmi demək olar ki, milyard lari azalıb
Milli Bank - Yanvarla müqayisədə, fevralda bank sektoruna yerləşdirilən əmənətlərin həcmi demək olar ki, milyard lari azalıb

 

Gürcüstan Milli Bankının hesabatına əsasən, bank sektoruna yerləşdirilən əmənətlərin həcmi 2025-ci ilin fevralın sonu üçün 57,98 milyard lari təşkil edib, bu da əvvəlki ayın sonundakı göstəricidən 978,11 milyon lari və ya 1,66% azdır.

Milli Bankın məlumatına əsasən, fevralda əvvəlki ayla müqayisədə müddətli əmənətlər 429,98 milyon lari və ya 1,57% azalıb, tələbli əmanətlər isə 548,13 milyon lari və ya 1,74% azalıb.

Gürcüstan Milli Bankının məlumatına əsasən, əmanətlərin lariləşmə əmsalı 2025-ci ilin fevral ayının sonuna 46.90 faiz təşkil edib. Əvvəlki ayın son vəziyyəti ilə müqayisədə, əmanətlərin lariləşməsi 0.27 faiz bəndi artıb.

Bununla yanaşı, Milli Bankın məlumatına əsasən, fevralda müddətli əmanətlər üzrə orta çəkili illik bazar faiz dərəcəsi 6.43% təşkil edib. O cümlədən, milli valyutada yerləşdirilən əmanətlər üzrə – 9.85%, xarici valyutada yerləşdirilən əmanətlər üzrə isə – 2.52% olub. Xarici valyutada yerləşdirilən əmanətlər üzrə ABŞ dollarının payı 80.03%, avronun payı isə 18.73% təşkil edib.