Milli Bank - Mikromaliyyə təşkilatları tərəfindən veriləcək mikrokreditlərin maksimal limiti 100 000 laridən 200 000 lariyə qədər artırılıb
Kiçik və orta biznesin dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması məqsədilə “Mikromaliyyə təşkilatları haqqında” qanuna dəyişiklik edilib, dəyişikliyə əsasən mikromaliyyə təşkilatları tərəfindən veriləcək mikrokreditlərin maksimal limiti 100 000 laridən 200 000 lariyə qədər artırılıb.
Milli Bankın məlumatına əsasən, qanuna edilmiş dəyişikliklərlə Gürcüstan Milli Bankına mikromaliyyə təşkilatı üçün normativ aktla mikrokreditlə bağlı əlavə tələblər müəyyən etmək üçün səlahiyyət verilir. Bununla yanaşı, mikromaliyyə sektorunun artıq risklərdən qorunmasını təmin etsin, bu da onların təhlükəsiz fəaliyyəti üçün əsas şərt olacaq.
“Həmçinin, mikromaliyyə təşkilatları öz istifadəçilərinə yeni məhsullar və xidmətlər təklif etmək imkanı əldə edəcəklər. Kiçik və orta biznesə isə daha böyük həcmdə maliyyə resursu cəlb etmək və öz fəaliyyətlərini genişləndirmək imkanı veriləcək. Bu isə iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək” – Milli Bakdan bildirirlər.
Gürcüstan Parlamenti “Mikromaliyyə təşkilatları haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda artıq təsdiqləyib. Qanun layihəsinin müəllifləri İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Milli Bank, təşəbbüskarı isə Gürcüstan hökumətidir.