Milli Bank, mərkəzi proqnoza uyğun olaraq, ümumi inflyasiyanın normallaşmağa başlaması haqda məlumat verir
Milli Bank, mərkəzi proqnoza uyğun olaraq, ümumi inflyasiyanın normallaşmağa başlaması haqda məlumat verir

 

Milli Bankın mərkəzi proqnozuna uyğun olaraq, gözlənildiyi kimi, ümumi inflyasiya normallaşmağa başlayıb və dekabra olan vəziyyətə görə, illik inflyasiya səviyyəsi 4,0% təşkil edib, əvvəlki ayla müqayisədə isə 0,2%-lə azalıb – bu haqda Milli Bankın Makroiqtisadiyyat və Statistika Departamentinin rəhbəri Tamta Sopromadze bildirib.

Onun sözlərinə əsasən, ən əsası, uzunmüddətli inflyasiya gözləntilərinin ölçüləri hədəf 3%-lik göstərici ilə müqayisədə aşağıdır.

“Məsələn, ərzaq, enerji resursları və siqaret qiymətlərini ümumi inflyasiyadan istisna edən baza inflyasiyası dekabra olan vəziyyətə görə, təxminən 1,6%-dir. Həmçinin, uzunmüddətli inflyasiya gözləntilərini ən yaxşı şəkildə əks etdirən xidmət inflyasiyası hələ də 3%-lik göstəricidən aşağıdadır və 2,5% təşkil edir” – Milli Bankın Makroiqtisadiyyat və Statistika Departamentinin rəhbəri bildirib.

Onun sözlərinə əsasən, Milli Bank makroiqtisadi proqnoz ssenarilərini dərc edir və qərar qəbul edərkən əsas istiqamət olan mərkəzi proqnoza əsasən, inflyasiya ilin sonundan tədricən normallaşmağa başlamalı idi.

“Bizim gözləntilərimizə görə, 2026-cı ildə inflyasiya orta hesabla 3,5% olacaq” – Tamta Sopromadze qeyd edib.