Milli Bank - Martda Rusiyadan pul köçürmələri illik olaraq 29.1% azalıb, Avropa İttifaqından və ABŞ-dan isə artıb
Martda Gürcüstana köçürülən vəsaitin həcmi illik olaraq 3.9%-lə, 291.9 milyon ABŞ dollarına qədər artıb. Gürcüstandan köçürülən vəsaitin həcmi isə – 8.5%-lə, 32.1 milyon ABŞ dollarına qədər artıb – bu barədə Gürcüstan Milli Bankı tərəfindən dərc olunmuş hesabatda qeyd olunub.
Milli Bankın məlumatına əsasən, Avropa İttifaqından daxil olan pul köçürmələri 12.3%-lə, 131.5 milyon ABŞ dollarına qədər artıb və bu, praktiki olaraq Rusiyadan daxil olan pul köçürmələrinin azalmasını balanslaşdırıb.
“Rusiyadan pul köçürmələri illik olaraq 29.1%-lə, 37.8 milyon ABŞ dollarına qədər azalıb, lakin ABŞ-dan daxil olan pul köçürmələri 21.7%-lə artmağa davam edirdi. Pul köçürmələrinin əsas mənbəyi Avropa İttifaqı ölkələri (45,1%), ABŞ (18,8%) və Rusiya (13,0%) olub. Avropa İttifaqı ölkələrindən İtaliya, Yunanıstan və Almaniyanın yüksək payı qeyd edilməlidir” – Milli Bank tərəfindən yayılmış məlumatda deyilir.