Milli Bank - Kredit verən subyektlər qanun tələblərinə riayət etməkdən baş qaçırdırlar
Gürcüstanın Milli Bankı bəyan edir ki, Kredit verən subyektlər qanun tələblərinə riayət etməkdən baş qaçırdırlar.
Bu barədə bəyanatı Milli Bank yanvarın 1-dən kreditlərin verilməsi ilə bağlı qüvvəyə minən qanun dəyişiklikləri ilə bağlı yayır.
“Əlimizdə olan məlumata görə, müəyyən subyektlər qanun tələblərinə riayət etməkdən baş qaçırdırlar və bu fakt istintaq orqanları üçün müzakirə məsələsi ola bilər” – deyilir Bankın bəyanatında.
Bankın bəyanatına görə, qanunvericiliklə ona verilən səlahiyyət çərçivəsində, Milli Bank öz kompetensiya sahəsində aparılan proseslərə diqqət yetirir və gərəkdiyi halda, əlavə tədbirlərin görülməsi məsələsini müzakirə edəcək.