Milli Bank - İstifadəçi kreditləri azalmağa başladı, ipoteka kreditlərində isə, artma tendensiyası müşahidə olunur
Gürcüstanın Milli Bankının Maliyyə Sabitliyi komitəsi hesab edir ki, ilin əvvəlindən, kredit vermə qaydalarının sərtləşdirilməsi maliyyə sabitliyi risklərini azaldır.
Komitənin məlumatına görə, böyük kredit axınının azalmasından başqa, gözlənildiyi kimi, müsbət tendensiyalar da müşahidə olunur.
Fiziki şəxslərin kredit borclarına gəlincə, Milli Bankın məlumatına görə, istifadəçi kreditləri azalır, ancaq ipoteka kreditlərində artım müçahidə olunur.
Qeyd olunan artımda lari ilə verilən ipoteka kreditləri daha çoxdur.
Fiziki şəxslərin kreditlərinin azalaması ilə bərabər, hüquqi şəxslər tərəfindən kredit alma faktları daha da artıb və bu artım 12,8 faiz təşkil edir.
Bununla yanaşı, qeyd edilməlidir ki, lari ilə verilən kreditin faiz dərəcəsi daha aşağıdır və bu da iqtisadi artım üçün əlverişli şərait yaradan faktorlardan biridir.