Milli Bank istehlakçıları yeni fırıldaqçılıq sxemi barədə xəbərdar edib

14:59, 30.07.2026

Türkiyədə polis korrupsiya işi üzrə Ankara vilayətinin Etimesqut bələdiyyəsinin müxalifətçi meri və daha 51 şübhəlini saxlayıb.

“Reuters”in məlumatına görə, Erdal Beşikçioğlu polis tərəfindən aparılan axtarışlardan sonra saxlanılan 37 bələdiyyə əməkdaşı arasında yer alır. 55 nəfər barəsində həbs qərarı çıxarılıb. Onların arasında 18 şirkət nümayəndəsi də var. Üç şübhəli şəxsin axtarışı davam edir.

Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq cinayət təşkilatına üzvlük, dövlət vəsaitlərinin mənimsənilməsi, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, dövlət satınalmaları prosesində fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını əhatə edir.

İyulun 29-da polis İstanbulun Üsküdar rayonunun müxalifətçi merini və daha beş nəfəri də saxlayıb. İstintaq versiyasına görə, onlar tikinti və binaların istismara qəbul edilməsi üçün icazələrin verilməsi ilə bağlı pozuntularda şübhəli bilinirlər.

“Reuters”in məlumatına görə, Türkiyə müxalifəti 2024-cü ildən davam edən araşdırmaları siyasi motivli hesab edir. Hökumət isə ölkənin məhkəmə sisteminin müstəqil olduğunu bildirir.

Oxşar