Milli Bank - Aprellə müqayisədə mayda bank sektoruna yerləşdirilən əmanətlərin həcmi 140 milyon lari artıb
Milli Bank - Aprellə müqayisədə mayda bank sektoruna yerləşdirilən əmanətlərin həcmi 140 milyon lari artıb

 

Gürcüstanın Milli Bankının hesabatına əsasən, 2025-ci ilin may ayının sonu üçün bank sektoruna yerləşdirilən əmanətlərin həcmi 58.92 milyard lari təşkil edib, bu isə əvvəlki ayın sonuna olan göstəricidən 140.41 milyon lari, yəni 0.24% çoxdur.

Əmanətlərin illik artımı məzənnə təsiri olmadan 11.94% təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, mayda əvvəlki ayla müqayisədə müddətli əmanətlər 811.40 milyon lari, yəni 2.94% artıb, tələbli əmanətlər isə 670.99 milyon lari, yəni 2.15% azalıb.

Gürcüstanın Milli Bankının məlumatına əsasən, əmanətlərin lariləşmə əmsalı 2025-ci ilin may ayının sonu üçün 49.24 faiz təşkil edib. Əvvəlki ayın sonuna olan vəziyyətlə müqayisədə əmanətlərin lariləşmə göstəricisi 1.40 faiz bəndi artıb.

Bununla yanaşı, Milli Bankın göstəricilərinə əsasən, mayda müddətli əmanətlər üzrə illik orta ölçülü bazar faiz dərəcəsi 6.90 faiz təşkil edib. O cümlədən milli valyutada yerləşdirilən əmanətlər üzrə 9.41%, xarici valyutada yerləşdirilən əmanətlər üzrə isə 2.74%. Xarici valyutada yerləşdirilən əmanətlərdə ABŞ dollarının payı 79.08 faiz, avronun payı isə 18.94 faiz təşkil edib.