Milli Bank – ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən sanksiya tətbiq edilmiş şəxs Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən subyekt deyil
Ölkə ərazisində virtual aktiv xidmət provayderinin (VASP) fəaliyyəti sərt şəkildə tənzimlənən sahədir. Qüvvədə olan qanunvericiliyə əsasən, bu növ fəaliyyəti həyata keçirən istənilən şəxs Gürcüstan Milli Bankında məcburi qeydiyyatdan keçməlidir – bu barədə Gürcüstan Milli Bankı tərəfindən yayılmış bəyanatda deyilir.
Milli Bankdan bəyan edildiyi kimi, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən sanksiya tətbiq edilmiş subyekt – MMC “Shelbit” (SHPS SHELBIT) virtual aktiv xidmət provayderi kimi qeydiyyata alınmaq üçün Gürcüstan Milli Bankına müraciət etməyib və müvafiq olaraq, Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən subyekt deyil.
“Xüsusilə qeyd edirik ki, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən sanksiya tətbiq edilmiş subyekt – MMC “Shelbit” (SHPS SHELBIT) virtual aktiv xidmət provayderi kimi qeydiyyata alınmaq üçün Gürcüstan Milli Bankına müraciət etməyib və müvafiq olaraq, Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən subyekt deyil. Bununla yanaşı, Sahibkarlıq Reyestrinin məlumatlarına əsasən, qeyd olunan şirkətin qeydiyyatı ləğv edilib. Bir daha xüsusilə qeyd edirik ki, Gürcüstan Milli Bankının tənzimləyici çərçivəsi bazara daxilolma və fəaliyyət göstərmək üçün sərt tələblər müəyyən edir və qanunsuz fəaliyyətlə əlaqəli subyektlər üçün mühüm süzgəc rolunu oynayır.
Bununla yanaşı, Milli Bank tərəfindən işlənilib hazırlanmış virtual aktiv xidmət provayderlərinin tənzimləmə çərçivəsi Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Xüsusi Fəaliyyət Beynəlxalq Qrupunun (FATF) standartlarına və ən yaxşı beynəlxalq təcrübəyə uyğundur, bunu da Avropa Şurasının Ekspertlər Komitəsinin (Moneyval) 2024-cü il qiymətləndirməsi də təsdiqləyir. Qiymətləndirməyə əsasən, 15-ci tövsiyə ilə bağlı (yeni texnologiyaların tətbiqi tələblərinə uyğunluğu və virtual aktiv provayderlərinin (VASP) fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan) Gürcüstanın reytinqi “əhəmiyyətli dərəcədə uyğun”dur (largely compliant). Qeyd olunan tövsiyə üzrə analoji qiymətləndirməyə, məsələn, Böyük Britaniya və Fransa da malikdir” – yayılmış məlumatda deyilir.