Milli Bank – 2026-cı ilin iyul ayında Gürcüstana daxil olan pul köçürmələri illik 3.9% artıb və 350 milyon ABŞ dolları təşkil edib

18:16, 17.08.2026

 

2026-cı ilin iyul ayında Gürcüstana daxil olan pul köçürmələrinin həcmi 350 milyon ABŞ dolları (922.2 milyon lari) təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.9% və ya 13.1 milyon ABŞ dolları çoxdur. Bu barədə məlumatı Milli Bank yayır.

Gürcüstan Milli Bankının dərc etdiyi statistikaya əsasən, pul köçürmələrinin ən böyük payı yenə də Avropa İttifaqı ölkələrinin payına düşür. İyulda Avropa İttifaqından köçürülən məbləğ 153.1 milyon ABŞ dolları, yəni ümumi köçürmələrin 43.7%-ini təşkil edib. İllik müqayisədə bu göstərici isə 2.4% artıb. Avropa İttifaqı ölkələri arasında yüksək payı ilə yenə İtaliya, Almaniya və Yunanıstan fərqlənir.

Bununla yanaşı, digər əsas tərəfdaş ölkələrdən də artım qeydə alınıb. ABŞ-dən köçürmələr illik 11.2% artıb və 67.8 milyon ABŞ dolları təşkil edib, İsraildən 21.6%-lə 29.3 milyon ABŞ dollarına qədər, Türkiyədən isə 21.8%-lə 12.2 milyon ABŞ dollarına qədər olub.

2026-cı ilin iyul ayında Gürcüstandan xaricə 39.0 milyon ABŞ dolları (102.8 milyon lari) göndərilib, bu da 2025-ci ilin iyulun göstəricisi (37.3 milyon ABŞ dolları) ilə müqayisədə 4.7% çoxdur.

Oxşar