Milli Bank – 2025-ci ilin dekabrında lari ilə verilən kreditlərin həcmi 729 milyon lari, xarici valyutada verilən kreditlərin həcmi isə təxminən milyard laridən çox artıb

16:36, 27.01.2026

 

Gürcüstanın Milli Bankının məlumatına əsasən, kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi (banklararası kreditlərdən başqa) 2025-ci ilin dekabrın sonu üçün 70.94 milyard lari təşkil edib. Yəni, əvvəlki ayın sonuna olan göstəricidən 2.85% çoxdur. Məzənnənin təsiri istisna olmaqla, kreditlərin illik artımı 13.99% təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, eyni dövrdə əvvəlki ayla müqayisədə milli valyuta ilə verilən kreditlərin həcmi 729.31 milyon lari, yəni 1.82%-lə, xarici valyuta ilə verilən kreditlərin həcmi isə 1.24 milyon lari, yəni 4.29%-lə artıb.

Bununla yanaşı, Milli Bankın məlumatlarına əsasən, 2025-ci ilin dekabr ayının sonuna rezident hüquqi şəxslər üçün kommersiya bankları milli valyutada 11.7 milyard lari məbləğində kredit veriblər, bu da əvvəlki ayla müqayisədə 1.18% çoxdur, xarici valyutada 20.38 milyard lari həcmində kredit verilib, bu da əvvəlki ayın müvafiq göstəricisindən 5.31% çoxdur.

Milli Bankın hesabatına əsasən, 2025-ci ilin dekabr ayı ərzində rezident ev təsərrüfatları sektorunun kreditləşməsinin həcmi 1,87% yəni 674,24 milyon lari artıb və dekabrın sonu üçün 36.64 milyard lari təşkil edib.

2025-ci ilin dekabr ayının sonu üçün ümumi kreditlərin lariləşmə əmsalı 57.60 faiz təşkil edib. Əvvəlki ayın son vəziyyəti ilə müqayisədə 0.584 faiz bəndi azalıb.

Oxşar