Milli Bank - 2025-ci ilin aprelinə olan vəziyyətə görə, Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 208 milyon ABŞ dolları artıb və 4.5 milyard ABŞ dolları təşkil edib
Milli Bank - 2025-ci ilin aprelinə olan vəziyyətə görə, Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 208 milyon ABŞ dolları artıb və 4.5 milyard ABŞ dolları təşkil edib

 

2025-ci ilin aprelinə olan vəziyyətə görə, Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 208 milyon ABŞ dolları artıb və 4.5 milyard ABŞ dolları təşkil edib – bu barədə Milli Bankın məlumatında deyilir.

Gürcüstan Milli Bankının məlumatına əsasən, beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatçısıdır.

“Milli Bankın uzunmüddətli siyasəti hər zaman beynəlxalq ehtiyatların toplanmasına və ehtiyat aktivlərin səmərəli idarə olunmasına yönəlib. Qeyd etmək lazımdır ki, hazırkı dövrdə də bazarın əlverişli şərtlərinə görə Gürcüstan Milli Bankı ehtiyatları doldurmağa davm edir. Məsələn, mart ayına olan məlumatlara əsasən, 101.7 milyon həcmində xalis alış həyata keçirilib, aprelin statistikası isə mayın 27-də dərc olunacaq.

2025-ci ilin aprelinə olan vəziyyətə görə, qızılın ümumi beynəlxalq valyuta ehtiyatlarında payı 16.8% (757.7 milyon ABŞ dolları) təşkil edir. Qızılın qiymətinin artmasına görə aprel ayına olan məlumatlara əsasən, əvvəlki ayla müqayisədə ehtiyatların həcmi 42.9 milyon ABŞ dolları artıb, bu da Milli Bankın ehtiyatların diversifikasiyası strategiyasının düzgünlüyünü vurğulayır” – məlumatda qeyd olunub.

Gürcüstan Milli Bankı 2025-ci ilin iyunun 9-da rəsmi beynəlxalq ehtiyatlar haqqında yenilənmiş məlumatları dərc edəcək.