Milli Arxiv Tbilisi arxiv filmlərinin ilk beynəlxalq festivalını keçirəcək
Milli Arxiv Tbilisi arxiv filmlərinin ilk beynəlxalq festivalını keçirəcək

Gürcüstan Ədliyyə Nazirliyinin Milli Arxivi ilk dəfə Tbilisi Beynəlxalq Arxiv Filmləri Festivalını keçirəcək. Festival 5-9 oktyabr 2022-ci il tarixlərində Milli Arxivin kino-zalında keçiriləcək.

“Festival çərçivəsində Gürcüstanın və xarici ölkələrin arxiv, muzey, kitabxana və ya digər müəssisələrində qorunan ən qədim kinosənədlər – bir film və ya film proqramı nümayiş etdiriləcək. Tədbir iştirakçılarının həmçinin 15 dəqiqəlik təqdimatlar keçirmək imkanı olacaq. Qeyd olunasıdır ki, festivalın mövzusu hər il dəyişəcək”, – Milli Arxivin məlumatında deyilir.

Elə onların məlumatına görə, Tbilisi Beynəlxalq Arxiv Filmləri Festivalında iştirak etmək istəyənlər 1 iyul 2022-ci il tarixinədək filmlə bağlı ərizə və materialı [email protected] elektron poçt ünvanına və ya material formasında qarşıdakı ünvana göndərməlidirlər: Gürcüstan Milli Arxivi, Vaja-Pşavela prospekti №1, Tbilisi, Gürcüstan 0160.

Festival barəsində əlavə məlumat.