Milli Arxiv Tbilisi arxiv filmlərinin ilk beynəlxalq festivalını keçirəcək
Gürcüstan Ədliyyə Nazirliyinin Milli Arxivi ilk dəfə Tbilisi Beynəlxalq Arxiv Filmləri Festivalını keçirəcək. Festival 5-9 oktyabr 2022-ci il tarixlərində Milli Arxivin kino-zalında keçiriləcək.
“Festival çərçivəsində Gürcüstanın və xarici ölkələrin arxiv, muzey, kitabxana və ya digər müəssisələrində qorunan ən qədim kinosənədlər – bir film və ya film proqramı nümayiş etdiriləcək. Tədbir iştirakçılarının həmçinin 15 dəqiqəlik təqdimatlar keçirmək imkanı olacaq. Qeyd olunasıdır ki, festivalın mövzusu hər il dəyişəcək”, – Milli Arxivin məlumatında deyilir.
Elə onların məlumatına görə, Tbilisi Beynəlxalq Arxiv Filmləri Festivalında iştirak etmək istəyənlər 1 iyul 2022-ci il tarixinədək filmlə bağlı ərizə və materialı [email protected] elektron poçt ünvanına və ya material formasında qarşıdakı ünvana göndərməlidirlər: Gürcüstan Milli Arxivi, Vaja-Pşavela prospekti №1, Tbilisi, Gürcüstan 0160.
Festival barəsində əlavə məlumat.