Milli Antikorrupsiya Bürosu Timur Mindiçin korrupsiya sxemi işi üzrə Rustem Umerovu şahid qismində dindirib
Milli Antikorrupsiya Bürosu Timur Mindiçin korrupsiya sxemi işi üzrə Rustem Umerovu şahid qismində dindirib

 

Milli Antikorrupsiya Bürosu Timur Mindiç tərəfindən təşkil edilmiş korrupsiya sxemi işi üzrə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu şahid qismində dindirib. Bu barədə “Ukrainska Pravda” nəşrinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının ofisində deyiblər.

Şuranın mətbuat xidmətinin məlumatına əsasən, Umerov noyabrın 25-də müstəntiqlərin suallarını cavablandırıb.

“Dövlət məmurunun fəaliyyətinə müdaxilə faktı ilə bağlı başlanan cinayət işi üzrə ifadə vermək üçün Rustem Umerovu şahid qismində Milli Antikorrupsiya Bürosuna çağırıblar. Söhbət konstruktiv keçib. Rustem Umerov müstəntiqlərin bütün suallarını prosessual qanunvericilik çərçivəsində cavablandırıb” – qurumda bildiriblər.

Məlumat üçün bildirək ki, Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu və Milli Antikorrupsiya Bürosu korrupsiya sxemini araşdırır və sxemin təşkilatçısı kimi prezident Volodimir Zelenskinin yaxın dostu, “Kvartal 95” studiyasının ortaq sahibi Timur Mindiçi göstərirlər. Antikorrupsiya qurumunda bəyan etdikləri kimi, istintaq çərçivəsində dövlət sektorunun strateji müəssisəsində, konkret olaraq “Energoatom”da fəaliyyət göstərən genişmiqyaslı korrupsiya sxemi aşkarlanıb. Ukraynanın Milli Antikorrupsiya Bürosunda qeyd edirlər ki, cinayətkar qrupun fəaliyyətinin istintaqı — “Midas” əməliyyatı 15 ay davam edirdi. Bu müddət ərzində detektivlərin ixtiyarında işdə adı keçən şəxslərin söhbətlərinin minlərlə saatlıq audio yazısı var. Söhbətdə bir neçə yüksək vəzifəli şəxsin adı hallanır.