Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin artması müşahidə olunur, bu isə əsasən transsərhəd çirklənmə ilə bağlıdır
Martın 28-dən Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) tərkibinin artması müşahidə olunur, bu isə əsasən transsərhəd çirklənmə ilə bağlıdır və cənub, cənub-qərb və cənub-şərqdən səhra toz kütlələrinin az miqdarda yayılması ilə şərtlənib.
Bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.
Onların verdiyi məlumata əsasən, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin daimi monitorinqini davam etdirir.
“Maraqlanan istənilən şəxs havanın keyfiyyətinin vəziyyəti barədə məlumatla tanış olmaq, eləcə də atmosfer havasının keyfiyyəti portalında „tövsiyələr“ bölməsində sağlamlıq tövsiyələri almaq imkanına malikdir” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.